Əvəlik

  • Flora
Əvəliyin təzə-tər yarpaqlarını yeyən hər kəs onun turşməzə tamını hiss edir.
Lakin çiy yeyiləndə turş dadan əvəlik bişiriləndə yeməklərə ləzzətli tam verir.

Yerüstü hissələrindən, cavan zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salat və xörəklər hazırlanır. Kulinariyada ondan şorba, ət və balıq xörəklərinin hazırlanmasında istifadə olunur. May-iyun aylarında əvəlik çiçəkləməmiş onu yığıb saç kimi hörür və qurudaraq qışa tədarük edirlər.

Əvəlik xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma, qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış bağırsaq sindromu, ürəkbulanma və mədədə qıcqırma zamanı, eləcə də qurdqovucu vasitə kimi geniş tətbiq olunur.
Davamı →

Melissa

  • Flora
Melissa yunan dilində arı deməkdir. Bu bitki arıları öz ətri ilə cəlb etdiyindən adı da arı qoyulub. Melissa balı çox ətirli və faydalı olur. 

Melissa bioloji aktiv maddələr və vitaminlərlə zəngin olub insan orqanizmi üçün çox faydalıdır.
— Zəhərlənmə, bağırsaq pozulmalarında faydalıdır.
— Qanaxmanı saxlayır
— Antibakterial və iltihab əleyhinə təsir edir
Davamı →

Ağ badımcan

  • Flora
Ona yumurta çiçəyi də deyilir, ağ badımcan bitkisi də. Lakin faydalarından çox az insanın xəbəri var. C vitamini baxımından olduqca zəngin olan yumurta çiçəyi xərçəngin dərmanlarından hesab olunur.

Lifli quruluşu sayəsində şəkər xəstəliyində də müalicə məqsədilə istifadə oluna bilər. Çünki qlükozanın həddən artıq sorulmasına nəzarət edir. Anti-bakterial xüsusiyyəti var. Kəsik və ya yaraların mikrob qapmasına səbəb olan bakteriyalarla mübarizə aparır.

Yumurta çiçəyi insan bədənin PH dəyərini turşuvari olmasından qoruyur. Həzm sistemi xəstəliklərində bu xüsusiyyəti sayəsində müsbət təsirini göstərə bilir.
Davamı →

Quşüzümü

Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.
Bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:
— güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir
Davamı →

Köp üçün Boymadərən ərağı

Əgər sizdə mənşəyindən asılı olmayaraq köp varsa, onu müalicə etmək üçün xalq təbabətində çox gözəl bir üsul var – boymadərən ərağı. Boymadərən ərağını spirtli içki olan araqla müqayisə etməyin, bunu içəndə adam məst olmur, haram deyil, amma şəfalıdır.

Boymadərən çox faydalı bir bitkidir. Onun bütün şəfalı xüsusiyyətləri suda dəmləməsində vardır. Boymadərən ərağı sulu dəmləmədən fərqlənir. Boymadərən ərağı istənilən ağır yeməyi həzm etməyə kömək edir.
Davamı →

Xren bitkisinin faydaları

Xren çoxillik bitki olub kələmkimilər fəsiləsinə daxildir. Onun sərt kökü və 120 santimetrə qədər böyüyə bilən tünd yaşıl yarpqları olur. Xren may-iyun aylarında böyüyür, yarpaqları böyüdükcə onun kökü də inkişaf edir.

Xrenin müxtəlif növləri var. Xrendən çox xoşlananalar onu öz bostanlarında da yetişdirə bilirlər. Onun qədim zamanlarda yunanlar, pomlılar və misrlilər tərəfindən daha çox istifadə edildiyi söylənilir. İndi xren dünyanın bir çox ölkələrndə yabanı halda yetişir. Bu bitkinin ən çox qida sənayesində ətrindən istifadə edirlər.
Davamı →